суббота, 6 сентября 2014 г.

Əli bəy Hüseynzadə kimdir?!

XX əsr Azərbaycan türk ictimai fikrinin ən görkmli nümayndlərindən biri Əli bəy Hüseynzadə olmuşdur.O, böyük Azərbaycan edibi filosof ve ədəbiyyat tənqidçisi idi.  Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş, bu sahələrin hər birində özünəməxsus iz qoymuşdur. Ə.Hüseynzadə  1864 -cü il 24 fevralda Salyanda  anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçmüşdür. Atasını erkən itirdiyinə görə,  o zaman Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyümüşdür. Tiflis gimnaziyasını bitirmiş (1875-1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdir.
1885 -ci ildə Peterburq  universitetinin riyaziyyat fakültəsinə daxil olmuşdur.O həm də şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləmişdir. Burada dövrün məşhur elm xadimləri – Mendeleyev, Baqner, Menşutkin, Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə Rusiya imperiyasinın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur. O, “xalqçılar” hərəkatına rəğbət bəsləyirdi.
Ə.Hüseynzadə həmçinin Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil almış və bir sıra portret və mənzərələrin müəllifidir. Onun “Bibiheybət məscidi” tablosu olduqca məşhurdur. Əli bəyin  rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır. Maraqlı faktlardan biri də alman rəssamın Əli bəyin portretini çəkməsidir. Belə ki, Tesaliya müharibəsi zamanı Alman imperatoru Vilhelm tərəfindən Dümekeyə göndərilən məşhur rəssam Roçhol onunla görüşərək yağlı boya ilə böyük rəsmini çəkib. Əli bəy özünün yazdığı məlumata görə, o rəssamı müalicə edib, onun albomuna xatirə olaraq bir rəsm çəkib.
Rusiya  imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq  bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşir. Ə.Hüseynzadə Türkiyəyə, İstanbula  gəlir və burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində tədris almaqla dermatoloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır.  1897 -ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyyətinin tərkibində İtaliyaya gedir. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir. O, burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və “İttihad və tərəqqi” partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunur. 1911-ci ildə İttihad və tərəqqi cəmiyətinin üzvü seçilən Əli bəy daha fəal şəkildə siyasətə qoşularaq türkçülük görüşlərini təbliğ edir. O, ardıcıl olmasa da , “Türk yurdu”, “Xalqa doğru” ,” Mə lumat”, “Hakimiyyəti-milliyyə” ,”Tan”  və başqa qəzet və məcmuələrdə şeirləri və məqalələri ilə çıxış edir.
Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Ə.Hüseynzadə “Kaspi” qəzeti ilə əməkdaşlığa başlayır. Əlibəy Hüseynzadənin fəaliyyətində  publisistika xüsusi yer tutur. O Azərbaycanda və Türkiyədə dövrü  mətbuat səhifələrində çap olunmuş çoxsayli məqalələrin müəllifidir.Onun publisistikası daha çox elmi və siyasi xarakter daşiyir. Ə.Hüseynzadə bu zaman islahatçı-reformist ideya adamı kimi tanınır. Az sonra o, dövrünün məşhur teoloq alimi, ictimai xadim və publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə “Həyat“qəzetinin nəşrinə başlayır. Bu qəzet Ə.Hüseynzadəni Azərbaycana “ağır başlı” filosof, “sədrə şəfa verən” sözlər (ağla qida verən sözlər) söyləyən mütəfəkkir kimi tanıdır. Onun səhifələrində əsərlərini dərc etdirməklə ictimai-mədəni mühitə yeni ab-hava gətirir, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışır. Əli bəy Hüseynzadə öz milli tarixinə, mədəniyyətinə bağlı və sadiq bir şəxsiyyət olmuşdur. O, yaşayıb yaratdığı  müddət ərzində bacardığı qədər türkçülük ideologiyasını, onun əhəmiyyətini insanlara çatdırmağa çalışmışdır. Bu məqsədlə ”Həyat” qəzetində 1905- ci ildə dərc olunmuş “Türklər kimdir və kimlərdən ibarətdir” məqaləsi ilə çıxış etmişdir. Əli bəy Hüsynzadə insanların türkçülük nə olduğunu bilmədikləri dövrdə onlara türk olduqlarını izah edirdi. Türklərin hansı mədəniyyətə, necə böyük bir  tarixi keçmişə, adət-ənənələrə sahib olduqlarını  öz yazıları, əsərləri vasitəsilə cəmiyyətə çatdıraraq türk olduğunu unutmuş türklərə türk olduqlarını xatırlatdı.
XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələrindən olan “Füyuzat” jurnalı və onun redaksiya heyəti  əhəmiyyətli rol oynayıb.  Fiyuzat jurnalinin vasitəsi ilə oxuculara çatdirilmiş “Qirmizi qaranliqlar icərisində yaşil isıqlar”, “Məcnun və Leylayi Islam”, “Nicat məhəbbətdəndir” məqalələrində Əli bəy Hüseynzadə  ədalət və hürriyət carçısı kimi çıxış edir. O yazir: “ Zelaleti- kusur de bununla bir memleket edl ile baqi qalacagi kimi, edl olmayan bir olke islam namine hamil olsa da beqatezir olmaz.Edl olursa huriyyet de olur, huriyyet olursa mehebbet ve mevdet de olur”.
“Füyuzat”da  Əli bəy Hüseynzadə məqalələrinin birində yazırdı: “Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!”.  Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və “Tazə həyat”, “İrşad”, “Yeni füyuzat”, “Həqiqət”, “Tərəqqi”, “İqbal”, “Sədayi-həqq”, “Şəlalə”, “Açıq söz”, “Bəsirət”, “Qurtuluş”, “Dirilik”, “Azərbaycan”, “Övraqi-nəfisə” mətbuat orqanları tərəfindən “Türkləşmək, islamlaşmaq, müasirləşmək” – azərbaycançılıq şəklində  təbliğ olundu.
  Azərbaycan Cümhuriyyət dönəmində də Əli bəy gənc dövlətin qurulmasına öz töhfəsini verir.   ”Azərbaycanda düşündüklərim” məqaləsində Əli bəy dövlətin adının üç formasını təklif edirdi:
1. Qafqaz Azərbaycanı, 2. Azərbaycan Cümhuriyyəti, 3. Qafqaz Türk Dövləti.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin  və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.
İlk dəfə  üçrəngli bayraq ideyasını Azərbaycan istiqlaliyyətinin ideoloqlarından olan Əli bəy Hüseynzadə gündəmə gətirib. Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturu məhz  bu  üçrəngli  bayrağın rənglərində  öz  əksini  tapmışdır
Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olması kimi rəmzləndirilir və türkçülük ideyası ilə bağlıdır. Həmçinin mavi rəng türklərin əzəmətini, onların zəfər yürüşlərini əks etdirir. Qırmızı rəng – Müasir cəmiyyət qurmaq,demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni inkişaf etdirmək anlamını daşıyır. Yaşıl rəng – İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” əsərində yaşıl rəngin geniş izahını vermişdir. Odlar Yurdu Azərbaycanımızın keşməkeşli yollarını əks etdirən, anaların göz yaşının, şəhidlərimizin axan qanının, qəhrəmanlarımızın döyüş mübarizəsinin, eyni zamanda körpələrin ümid dolu gələcəyinin ifadəsidir bu üçrəngli bayraq. Məhəmməd Əmin Rəsulzadə demişkən:” Ey gənclik, ey türk gəncliyi. Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmz yaratdı. Və onu yüksəldərək dedi ki, “bir kərə qalxan bayraq bir daha enməz” Sən də onun ümidini qırmayacaq, Azərbaycan türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı bir daha o bina üzərinə tikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan”. Qoy üçrəngli bayrağımız əbədi olaraq dalğalansın.
20-ci əsrin əvvəllərində  Azərbaycanin ictimai fikir tarixində müstəsna fəaliyyəti ilə secilən Əli bəy Hüseynzadənin zəngin irsi bu vaxta qədər öyrənilməmişdir.
Məlum olduğu kimi, o, uzun illr Türkiydə yaşayib-yaratmisdir. Buna baxmayaraq mutəffəkir yazıçının çoxşaxli yaradiciliği Azərbaycanla sıx baglı olmuşdur.
Əli bəy Hüseynzadənin iztirablar  içində keçən ömrü 1940-cı ildə, 76 yaşında İstanbulda  bitmişdir. O,qaraca Əhməd məzarlığında  dəfn olunmuşdur.
2014-cü il yanvarın 21-də Azərbaycan prezidenti İlham Əliyev  Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

1 комментарий:

  1. Yaxşı bir etibarlı kredit şirkətinin mənim üçün etdiyi işlər barədə ifadələrimi bölüşmək üçün buradayam. Adım Nikita Tanya, rus dilindəyəm və 3 uşağın sevimli bir anasıyam. Mənə və övladlarım üçün bu qədər çətin olan bir kredit almaq istəyində pulumu itirdim, kredit istəməyə onlayn müraciət etdim. Bu yaxınlarda çox dürüst bir adam cənab Benjamindən bir kredit götürən bu dostumla tanış olduğum günə qədər itirdim. 5 iş günü ərzində kredit almağımda kömək edən bu vicdanlı kredit mütəxəssisi cənab Benjaminlə tanış etdi. Yenidən ayağa qalxmağımda kömək etdiyim üçün cənab Benjaminə sonsuz minnətdaram. E-poçt vasitəsilə cənab Benjaminlə əlaqə saxlaya bilərsiniz: Lfdsloans@outlook.com onlar mənim bunu etdiyimi bilmirlər, ancaq bunu etmək məcburiyyətindəyəm, çünki kredit yardımına ehtiyacı olan çox sayda insan var. bu vicdanlı insana və siz də xilas ola bilərsiniz .WatsApp: (+ 1 989-394-3740)

    ОтветитьУдалить