суббота, 6 сентября 2014 г.

Əli bəy Hüseynzadə kimdir?!

XX əsr Azərbaycan türk ictimai fikrinin ən görkmli nümayndlərindən biri Əli bəy Hüseynzadə olmuşdur.O, böyük Azərbaycan edibi filosof ve ədəbiyyat tənqidçisi idi.  Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş, bu sahələrin hər birində özünəməxsus iz qoymuşdur. Ə.Hüseynzadə  1864 -cü il 24 fevralda Salyanda  anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçmüşdür. Atasını erkən itirdiyinə görə,  o zaman Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyümüşdür. Tiflis gimnaziyasını bitirmiş (1875-1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdir.
1885 -ci ildə Peterburq  universitetinin riyaziyyat fakültəsinə daxil olmuşdur.O həm də şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləmişdir. Burada dövrün məşhur elm xadimləri – Mendeleyev, Baqner, Menşutkin, Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə Rusiya imperiyasinın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur. O, “xalqçılar” hərəkatına rəğbət bəsləyirdi.
Ə.Hüseynzadə həmçinin Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil almış və bir sıra portret və mənzərələrin müəllifidir. Onun “Bibiheybət məscidi” tablosu olduqca məşhurdur. Əli bəyin  rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır. Maraqlı faktlardan biri də alman rəssamın Əli bəyin portretini çəkməsidir. Belə ki, Tesaliya müharibəsi zamanı Alman imperatoru Vilhelm tərəfindən Dümekeyə göndərilən məşhur rəssam Roçhol onunla görüşərək yağlı boya ilə böyük rəsmini çəkib. Əli bəy özünün yazdığı məlumata görə, o rəssamı müalicə edib, onun albomuna xatirə olaraq bir rəsm çəkib.
Rusiya  imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq  bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşir. Ə.Hüseynzadə Türkiyəyə, İstanbula  gəlir və burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində tədris almaqla dermatoloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır.  1897 -ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyyətinin tərkibində İtaliyaya gedir. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir. O, burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və “İttihad və tərəqqi” partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunur. 1911-ci ildə İttihad və tərəqqi cəmiyətinin üzvü seçilən Əli bəy daha fəal şəkildə siyasətə qoşularaq türkçülük görüşlərini təbliğ edir. O, ardıcıl olmasa da , “Türk yurdu”, “Xalqa doğru” ,” Mə lumat”, “Hakimiyyəti-milliyyə” ,”Tan”  və başqa qəzet və məcmuələrdə şeirləri və məqalələri ilə çıxış edir.
Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Ə.Hüseynzadə “Kaspi” qəzeti ilə əməkdaşlığa başlayır. Əlibəy Hüseynzadənin fəaliyyətində  publisistika xüsusi yer tutur. O Azərbaycanda və Türkiyədə dövrü  mətbuat səhifələrində çap olunmuş çoxsayli məqalələrin müəllifidir.Onun publisistikası daha çox elmi və siyasi xarakter daşiyir. Ə.Hüseynzadə bu zaman islahatçı-reformist ideya adamı kimi tanınır. Az sonra o, dövrünün məşhur teoloq alimi, ictimai xadim və publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə “Həyat“qəzetinin nəşrinə başlayır. Bu qəzet Ə.Hüseynzadəni Azərbaycana “ağır başlı” filosof, “sədrə şəfa verən” sözlər (ağla qida verən sözlər) söyləyən mütəfəkkir kimi tanıdır. Onun səhifələrində əsərlərini dərc etdirməklə ictimai-mədəni mühitə yeni ab-hava gətirir, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışır. Əli bəy Hüseynzadə öz milli tarixinə, mədəniyyətinə bağlı və sadiq bir şəxsiyyət olmuşdur. O, yaşayıb yaratdığı  müddət ərzində bacardığı qədər türkçülük ideologiyasını, onun əhəmiyyətini insanlara çatdırmağa çalışmışdır. Bu məqsədlə ”Həyat” qəzetində 1905- ci ildə dərc olunmuş “Türklər kimdir və kimlərdən ibarətdir” məqaləsi ilə çıxış etmişdir. Əli bəy Hüsynzadə insanların türkçülük nə olduğunu bilmədikləri dövrdə onlara türk olduqlarını izah edirdi. Türklərin hansı mədəniyyətə, necə böyük bir  tarixi keçmişə, adət-ənənələrə sahib olduqlarını  öz yazıları, əsərləri vasitəsilə cəmiyyətə çatdıraraq türk olduğunu unutmuş türklərə türk olduqlarını xatırlatdı.
XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələrindən olan “Füyuzat” jurnalı və onun redaksiya heyəti  əhəmiyyətli rol oynayıb.  Fiyuzat jurnalinin vasitəsi ilə oxuculara çatdirilmiş “Qirmizi qaranliqlar icərisində yaşil isıqlar”, “Məcnun və Leylayi Islam”, “Nicat məhəbbətdəndir” məqalələrində Əli bəy Hüseynzadə  ədalət və hürriyət carçısı kimi çıxış edir. O yazir: “ Zelaleti- kusur de bununla bir memleket edl ile baqi qalacagi kimi, edl olmayan bir olke islam namine hamil olsa da beqatezir olmaz.Edl olursa huriyyet de olur, huriyyet olursa mehebbet ve mevdet de olur”.
“Füyuzat”da  Əli bəy Hüseynzadə məqalələrinin birində yazırdı: “Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!”.  Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və “Tazə həyat”, “İrşad”, “Yeni füyuzat”, “Həqiqət”, “Tərəqqi”, “İqbal”, “Sədayi-həqq”, “Şəlalə”, “Açıq söz”, “Bəsirət”, “Qurtuluş”, “Dirilik”, “Azərbaycan”, “Övraqi-nəfisə” mətbuat orqanları tərəfindən “Türkləşmək, islamlaşmaq, müasirləşmək” – azərbaycançılıq şəklində  təbliğ olundu.
  Azərbaycan Cümhuriyyət dönəmində də Əli bəy gənc dövlətin qurulmasına öz töhfəsini verir.   ”Azərbaycanda düşündüklərim” məqaləsində Əli bəy dövlətin adının üç formasını təklif edirdi:
1. Qafqaz Azərbaycanı, 2. Azərbaycan Cümhuriyyəti, 3. Qafqaz Türk Dövləti.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin  və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.
İlk dəfə  üçrəngli bayraq ideyasını Azərbaycan istiqlaliyyətinin ideoloqlarından olan Əli bəy Hüseynzadə gündəmə gətirib. Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturu məhz  bu  üçrəngli  bayrağın rənglərində  öz  əksini  tapmışdır
Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olması kimi rəmzləndirilir və türkçülük ideyası ilə bağlıdır. Həmçinin mavi rəng türklərin əzəmətini, onların zəfər yürüşlərini əks etdirir. Qırmızı rəng – Müasir cəmiyyət qurmaq,demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni inkişaf etdirmək anlamını daşıyır. Yaşıl rəng – İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” əsərində yaşıl rəngin geniş izahını vermişdir. Odlar Yurdu Azərbaycanımızın keşməkeşli yollarını əks etdirən, anaların göz yaşının, şəhidlərimizin axan qanının, qəhrəmanlarımızın döyüş mübarizəsinin, eyni zamanda körpələrin ümid dolu gələcəyinin ifadəsidir bu üçrəngli bayraq. Məhəmməd Əmin Rəsulzadə demişkən:” Ey gənclik, ey türk gəncliyi. Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmz yaratdı. Və onu yüksəldərək dedi ki, “bir kərə qalxan bayraq bir daha enməz” Sən də onun ümidini qırmayacaq, Azərbaycan türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı bir daha o bina üzərinə tikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan”. Qoy üçrəngli bayrağımız əbədi olaraq dalğalansın.
20-ci əsrin əvvəllərində  Azərbaycanin ictimai fikir tarixində müstəsna fəaliyyəti ilə secilən Əli bəy Hüseynzadənin zəngin irsi bu vaxta qədər öyrənilməmişdir.
Məlum olduğu kimi, o, uzun illr Türkiydə yaşayib-yaratmisdir. Buna baxmayaraq mutəffəkir yazıçının çoxşaxli yaradiciliği Azərbaycanla sıx baglı olmuşdur.
Əli bəy Hüseynzadənin iztirablar  içində keçən ömrü 1940-cı ildə, 76 yaşında İstanbulda  bitmişdir. O,qaraca Əhməd məzarlığında  dəfn olunmuşdur.
2014-cü il yanvarın 21-də Azərbaycan prezidenti İlham Əliyev  Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

суббота, 9 августа 2014 г.

QARABAĞ

Vətən! Bu kəlmə təmiz ürəklər qədər safdır,pakdır,müqəddəsdir! Bu deyim sevənlərin gözləri tək şəffafdır,təmizdir. Bu söz ana südü kimi şirindir. Ana qucağı qədər əziz,ana nəfəsi tək doğmadır!
Ana Vətən! Azərbaycan! Odlar yurdu! Ürəyi alovlu,sinəsi günəşli doğma vətənim! Qarabağim!
Odlar yurdu Azərbaycanımın bir parçasıdır,döyünən ürəyidir Qarabağ!
Gözəl,səfalı ,gəl-gəl deyən yaylaqları,əyilməz dağları,yenilməz köhlən atları,əlvan ətirli çiçəkləri,xarı bülbülü,sıx meşələri ilə dünyaya səs salan Qarabağ!
Tarixi ilə tarixlərdə iz qoyan,Vaqifin ruhuna ilham verən Qarabağ!
Qarabağ! Bu ad nece de gözel seslənir,nece de musiqili və ahəngdardır.Elə bil Cəngi də,Koroğlu uverturası da Qarabağ notu əsasında bəstələnib.
Dağlarında igidlərin bürcləri var,qalası var.Mərd oğullar,mərd qızların oylağıdır Qarabağ!
Torpağında xan qızı Natəvanın ruhu var,milli iftixarımız olan Üzeyirin nəfəsi var.
Milli təsdiqimiz olan muğamın beşiyidir-Xan Şuşinskinin səsinə səs verib Qarabağ!
Şuşa! Qəsbkar şahların başını bədənindən ayıran,onlarca fatehi atından düşürən tarixi şəhər,gözəl məkan!
Topxana-Şahdağımız,Qoşqarımız,göylərə baş çəkən Göyəzənimiz,cənnət diyarımızdır. Hələ Kəlbəcər,Turşsu,İsa bulağı...
Azərbaycanın Qarabağ bölgəsi dünyanın ən qədim insan məskənlərindən biridir.Qarabağın Fizuıi rayonunun Quruçay vadisindəki Azıx mağarasında aşkar edilən arxeoloji tapıntılar burada insanın 1 mln 200 min il əvvəldən yaşadığını təsdiqləyir. Qarabağ ərazisi e.ə ııı əsrdə yaranmış Albaniya dövlətinin tərkibinə daxil olmuşdur.
Daha sonralar isə Sacilər,Salarilər,Şəddadilər,Atabəylər,Hülakülər,Qaraqoyunlu,Ağqoyunlu
kimi bir-birini əvəz edən müsəlman dövlətlərinin tərkibində olmuşdur.
Azərbaycan Səfəvilər dövlətinin yaradılması butun Azərbaycan torpaqlarının mərkəzləşdirilməsinin əsasını qoydu.
Bu dovlətin tərkibində yaradilan dörd əyalətdən birinin adı Qarabağ idi.Səfəvilər dövlətinin varlığına son qoymuş Nadir şahın ölümündən sonra Azərbaycanda yeni müstəqil və yarımmüstəqil xanlıqıar yarandı.Onların biridə Qarabağ xanlığı idi. Pənahəli xan bütün Qarabağı özünə tabe edib burada Qarabağ xanlığını yaratmışdir.
Qarabağ torpağında ermənilərin kütləvi məskunlaşması xıx əsrin əvvəlindən başlamışdır.1828-ci ildə Rusiya çarının əmri ilə işğal olunmuş İrəvan xanlığı ərazisində erməni vilayəti yaradıldı. 1918-ci ildən başlayaraq Ermənistan Azərbaycana qarşı irimiqyaslı təcavüzə başladı.Naxcıvan şəhəri işğal olundu,Zəngəzur və Qarabağ bölgələrinə kutləvi hücumlar 115 kəndin viran edilməsi və7729 azərbaycanlının qətlə yetirilməsi ilə nəticələndi.1923-cu il 7 iyun tarixində Az.SSRmərkəzi icrayə komitəsinin inzibati mərkəzi Xankəndi olmaqla, D.Qarabağda muxtar vilayətin yaradılması haqqında qərar qəbul etdi. Ermənistanın azərbaycanlı əhalisi həmişə təzyiq altında yaşaması onlarin öz vətənlərindən kütləvi deportasiyası ilə nəticələnib.1989 cu il dekbrın 1-də Ermənistan SSR ali soveti D.Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi haqqinda qərar qəbul etdi. Bununla da beynəlxalq hüququn əsas norma və prinsipləri pozaraq Ermənistan qonşu dövlətin ərazi bütövlüyünə qarşı iddialarını rəsmən elan etdi. Qarabağ müharibəsi başladı.Nəticədə Azerbaycan torpaqlarının 20%-i xain düşmən tərəfindən işğal olundu. İndi bu torpaqlar bizə,bizsə bu torpaqlara həsrət qalmışıq.Gözəl Cıdır düzünə,əzəmətli Şuşa qalasına,səfalı İsa bulağına nisgillə baxırıq.Xarı bülbül yaddaşlarda çiçəkləyir,mahnılarda Şuşanın dağlarını duman alır.
Tarix xalqın kökündədir,xalqın yaşadığı həqiqətdə,əzabda,ağrıdadır.Biz bu həqiqətlərdən,bu olanlardan dərs almalıyıq.Tarix saxta yazılanda,günahsız insanlara güllə atılanda,ulu babalarımızın məzarları olan torpaqlar düşmən tapdağı altında qalanda səbr etməməliyik, mübarizə aparmalıyıq. Nece ki, vətənimizin qəhrəman,şəhid oğulları Azərbaycanın azadlığıni canlarından uca tutub,son nəfəslərinədək mübarizə aparirlar. Biz gənclər də bizim üçün canlarından keçmiş vətən oğullarının layiqlı davamçıları olmalı,nahaq tökülən qanları yerdə qoymamalıyıq!
Beşikdən süzülüb gələn,ətdən qana,süddən sümüyə keçən ən ulu sevgi – vətən sevgisini bu gün də yüzlərcə şəhid qəhrəmanlarımızın adları yaşadır. Eləcədə qəlbimiz ferehle,qürurla dolub daşır.Odlar yurdumuzun Fərid Quliyevləri,Mübariz İbrahimovları vardır.
Nə qədər yer üzünün amansız silahı var o qədər də anaların fəryadı var. Nə qədər dünyada haqsızlıq var,o qədər də haqq uğrunda mübarizə aparan var. Biz gənclər də gəncliyin səsini ucaldaraq haqqi tələb etməliyik.Çünki,nahaq qan yerdə qalmaz!
Çox çətin sınaqlardan keçən vətənimizdə ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mərkəzləşdirilmiş, demokratik hakimiyyət quruldu. 1994 cü il mayın 12-də Azərbaycan resp.sı və onunla elan olunmamış müharibə aparan Ermənistan resp.sı arasında atəşkəs əldə edildi.  Ancaq hələ də Qarabagimiz düşmən tapdagından azad edilməyib, torpaqlarımızın azad edilməsi vəzifəsi biz gənclərin üzərinə düşən ən şərəfli vəzifələrdən biridir.Vətənimizin azadlığı və ərazi bütövlüyü naminə bu vəzifəni həyata keçirmək  bizim ən böyük arzumuz,ən müqəddəs borcumuzdur! Hər birimiz Ali Baş Komandanın əmrini gözləyirik!

пятница, 8 августа 2014 г.

AZERBAYCAN XALQININ ÜMUMMİLLİ LIDERİ HEYDER ELİYEV

Tarix yalnız böyük şəxsiyyətlərin böyük əməlləri sayəsində yadda qalır. Azerbaycan xalqının tarixinde ve taleyüklü meselelerin hellinde müstesna xidmetleri olan şexsiyyetler, görkemli siyaset ve dövlet xadimləri çox olmuşdur.  Belə tarixi şəxsiyyətlərdən biri İyirminci yüzilliyin üçde biri qeder ölkemizi idare eden milli lider  vəzifəsini daşıyan, dünya miqyaslı siyasətçi  HEYDER ƏLİYEV-dir. Nadir, təkrarsız şəxsiyyət, millətinin və məmləkətinin yeni tarixinin memarı, böyük dühadır, dünyanın hörmət göstərdiyi, güclü və müstəqil, istiqlalı dönməz, gündən-günə qüdrətlənən çağdaş Azərbaycanın qurucusur. HEYDƏR ƏLİYEV özünün nəhəng fəaliyyəti ilə tarix yaratmış, dünya tarixinin və Azərbaycan tarixinin qızğın səhifələrinə daxil olmuş, parlaq əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunmuşdur. Azərbaycan xalqı dünyanın tarix kitabına bir çox qüdrətli şəxsiyyətlərin adını qızıl hərflərlə yazmışdır.
XX yüzillikdə xalqın daha bir dahisi yetişdi-Heydər Əliyev. O,dünyanın nadir simaları arasında layiqli yer tutaraq dünya tarixinin azərbaycanlı Dahisi  oldu.
Sadə və zəhmətkeş azərbaycanlı  ailəsində dünyaya göz açan, min cür cətinliklərdən keçərək SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri olan H.Əliyev həm də Azərbaycan tarixinə xilaskar kimi daxil olmuşdu. O, XX yüzilliyin ən mürəkkəb və ziddiyətli dövrlərində fəaliyyət göstərmiş dahi şəxsiyyətdir. Bir bahar günündə- dünyaya göz açan Heyder Əliyev  xalqına əbədi bahar gətirmiş, öz ömür kitabını şərəfləndirən uğurlara imza atmışdır. Bu ugurları əldə etmək üçün xalqımızın böyük oğlu olduqca çətin və məsuliyyətli yol keçmişdir.
Heydər Əliyev hər zaman məsul vəzifələrdə çalışmışdır. O, dövlət təhlükəsizliyi sistemində yuksək vəzifə tutmuş və general rütbəsini daşımışdır.
1969-cu ilin iyul ayinda Heyder Əliyev Azerbaycan Kommunist Partiyasi Mərkəzi Komitəsinin birinci katibi  ve respublikanın rəhbəri seçilmişdir. 1982-ci ilin dekabrinadək həmin vəzifədə çalışmışdır. 1987-ci ilədək SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Müəyyən siyasi qarşıdurmalar ve fikir ayrılıgı nəticəsində 1987-ci ildə istefa verərək vəzifəsini tərk etmişdir.
SSRİ -nin iflası ərəfəsində ölkədə vətəndaş müharibəsi təhlükəsi baş qaldırmışdı. Təkcə Bakıda deyil Azərbaycanın bütün bölgələrində  Mərkəzə qarşı etiraz mitinqləri keçirilirdi. Xalq H.Əliyevi yenidən hakimiyyətdə görmək istəyirdi. Ölkənin vətəndaş müharibəsindən və qardaş qırğınından qurtarılması missiyası H.Əliyevin üzərinə ümummili vəzifə olaraq. O xalqin müdikliyinə, onun birliyinə arxalanaraq hamını birləşdirib ölkəni ağır vəziyyətdən çıxarmağa nail oldu. İlk dəfə 1993-cü il 3oktyabrda, ikinci dəfə 1998-ci il 11 oktyabrında Azərbaycan Respublikasının prezidenti seçildi.  “Biz bundan sonra da Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli varisləri olacağıq, xalqımızın milli azadlığını qoruyacağıq, saxlayacağıq. Biz  Azərbaycanın dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq və günü-gündən möhkəmləndirəcəyik, daha da yüksəklərə qaldıracağıq! Müstəqilliyin əldə olunması
ne qeder çetindirse, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.” deyən Ulu Öndər hakimiyyətə gəldikdən sonra da ölkənin hərtərəfli inkişafı üçün bir çox siyasi və iqtisadi tədbirlər həyata keçirildi. İlk növbədə təhlükəsizliyi təmin etmək üçün ordunun möhkəmləndirilməsinə diqqət yetirdi.   Torpağının bir hissəsi işğal olunmuş dövlətə güclü ordu lazım idi. Ulu öndər onu da yaratdı. Ətrafında minlərlə vətənpərvəri birləşdirən Yeni Azərbaycan Partiyasının yaradıcısı da o oldu.
1994-cü ildə Ermənistanla atəşkəs əldə edildi. Uğurlu xarici siyasət nəticəsində Respublikanın daxilində sabitliyin möhkəmlənməsinə şərait yarandı.
1994-cü il sentyabrin 20-də Azərbaycanın iqtisadi dirçəlişinə təkan verən və ulu öndərin şah əsəri olan ” Əsrin müqaviləsi “imzalandı. “İqtisadiyyatı güclü olan dövlet hər şəyə qadirdir” devizi ilə  iqtisadi tənəzzülün qarşısını almaq üçün ciddi tədbirlər görülməyə başlandı.1994-cü ilin mayında maliyyə sistemini nizama salmaq üçün qəti tədbirlər görüldü. Nəticədə infilyasiya kəskin surətdə aşağı düşdü. Müstəqil dövlətimizin 1995- ci il noyabrın 12- də ilk Konstitusiyası qəbul olundu.  Ölkədə abadlıq işləri, tikinti, xidmət sahələri sürətlə inkişaf etməyə başladı.
H.Əliyev təkcə daxili siyasətdə deyil xarici siyasətdə də uğurlu addımlar atmışdır. Dağlıq Qarabağ probleminin sülh yolu ilə aradan qaldırılması, Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, ölkənin dünya birliyində layiqli yer tutması H.Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü xarici siyasətinin ana xəttini təşkil edirdi. O, 1993- 98-ci illərdə 33 ölkəyə səfər etmiş, 5 il ərzində Azərbaycanla xarici dövlətlər arasında 431 beynəlxalq sənəd imzalanmış, nəticədə  fundamental uğurlara nail olmuşdur.
HEYDƏR ƏLİYEV Azərbaycanda rəhbər işlədiyi bütün zamanlarda iqtisadiyyatla yanaşı  elmin, mədəniyyətin, maarifin, ədəbiyyatın və incəsənətin inkişafına daim diqqət yetirmiş və heç bir zaman qayğısını əsirgəməmişdir. “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir.Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”  deyən Heydər Əliyev  Azerbaycan gencliyinə və müəllimlərinə cox böyük dəyər verirdi.Təhsil sahəsində yeni proqramlar, dərsliklər yaradılmışdır. Qaçqın və köçkünlər üçün məktəblər təşkil olundu. Gənclərin xarici ölkələrin ali təhsil məktəblərində təhsil almasına şərait yaranmışdır. Ölkədə mədəni maarif işini canlandırmaq üçün tədbirlər görüldü. Beynəlxalq muzeylər Şurasının, Beynəlxalq kitabxanalar şurasının Azərbaycan milli komitələri yaradıldı. C.Məmmədquluzadənin, Niyazinin, H.Cavidin, N.Nərimanovun ev muzeyləri açıldı.
H.Əliyevin Azerbaycanın inkişafı naminə atdıgı addımları saymaqla bitməz. Əsas odur ki, son nəticə göz qabağındadir. Bir sözlə, zirvələr fatehi Heydər Əliyev ömrü boyu xalq üçün, yurd üçün, dövlət üçün çalışdı. Müstəqil, suveren Azərbaycan Respublikasını yaratdı.. Təhsilimiz, elmimiz dünya təhsil sisteminə inteqrasiya olundu. Ulu Öndər Heydər Əliyev xalqını çox sevdi, xalqının parlaq gələcəyi üçün, bu günkü gəncliyimiz , sabahkı tariximiz üçün təməl binası qurdu.Azərbaycan xalqı da dünyaya Heydər Əliyev  kimi dahi bəxş etdiyi üçün qürurlanır. Ulu öndərdən bizə çox yadigar qalıb. Ən dəyərlisi isə «Yol» dur. Böyük Heydər Əliyev yolu. Bu yolun yolçuları vətənə, xalqa sədaqəti məhz ondan öyrənirlər.
Ölməzlik, həmişəyaşarlıq dahilərə, böyük şəxsiyyətlərə nəsib olan xoşbəxtlikdir. Xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev də məhz belə xoşbəxtlərdəndir. O, vaxtilə demişdir: «Nə qədər ki, Azərbaycan var, mən də varam! Mən isə Azərbaycanda həmişə olacağam». O, doğrudan da həmişə bizimlə olacaq. Nağıllarda, dastanlarda, şeirlərdə, nəğmələrdə, çiçəklənən vətənimizin hər güşəsində onun abidəsi ucalır. Onun ən böyük abidəsi  isə xalqın ürəyindədir!