суббота, 9 августа 2014 г.

QARABAĞ

Vətən! Bu kəlmə təmiz ürəklər qədər safdır,pakdır,müqəddəsdir! Bu deyim sevənlərin gözləri tək şəffafdır,təmizdir. Bu söz ana südü kimi şirindir. Ana qucağı qədər əziz,ana nəfəsi tək doğmadır!
Ana Vətən! Azərbaycan! Odlar yurdu! Ürəyi alovlu,sinəsi günəşli doğma vətənim! Qarabağim!
Odlar yurdu Azərbaycanımın bir parçasıdır,döyünən ürəyidir Qarabağ!
Gözəl,səfalı ,gəl-gəl deyən yaylaqları,əyilməz dağları,yenilməz köhlən atları,əlvan ətirli çiçəkləri,xarı bülbülü,sıx meşələri ilə dünyaya səs salan Qarabağ!
Tarixi ilə tarixlərdə iz qoyan,Vaqifin ruhuna ilham verən Qarabağ!
Qarabağ! Bu ad nece de gözel seslənir,nece de musiqili və ahəngdardır.Elə bil Cəngi də,Koroğlu uverturası da Qarabağ notu əsasında bəstələnib.
Dağlarında igidlərin bürcləri var,qalası var.Mərd oğullar,mərd qızların oylağıdır Qarabağ!
Torpağında xan qızı Natəvanın ruhu var,milli iftixarımız olan Üzeyirin nəfəsi var.
Milli təsdiqimiz olan muğamın beşiyidir-Xan Şuşinskinin səsinə səs verib Qarabağ!
Şuşa! Qəsbkar şahların başını bədənindən ayıran,onlarca fatehi atından düşürən tarixi şəhər,gözəl məkan!
Topxana-Şahdağımız,Qoşqarımız,göylərə baş çəkən Göyəzənimiz,cənnət diyarımızdır. Hələ Kəlbəcər,Turşsu,İsa bulağı...
Azərbaycanın Qarabağ bölgəsi dünyanın ən qədim insan məskənlərindən biridir.Qarabağın Fizuıi rayonunun Quruçay vadisindəki Azıx mağarasında aşkar edilən arxeoloji tapıntılar burada insanın 1 mln 200 min il əvvəldən yaşadığını təsdiqləyir. Qarabağ ərazisi e.ə ııı əsrdə yaranmış Albaniya dövlətinin tərkibinə daxil olmuşdur.
Daha sonralar isə Sacilər,Salarilər,Şəddadilər,Atabəylər,Hülakülər,Qaraqoyunlu,Ağqoyunlu
kimi bir-birini əvəz edən müsəlman dövlətlərinin tərkibində olmuşdur.
Azərbaycan Səfəvilər dövlətinin yaradılması butun Azərbaycan torpaqlarının mərkəzləşdirilməsinin əsasını qoydu.
Bu dovlətin tərkibində yaradilan dörd əyalətdən birinin adı Qarabağ idi.Səfəvilər dövlətinin varlığına son qoymuş Nadir şahın ölümündən sonra Azərbaycanda yeni müstəqil və yarımmüstəqil xanlıqıar yarandı.Onların biridə Qarabağ xanlığı idi. Pənahəli xan bütün Qarabağı özünə tabe edib burada Qarabağ xanlığını yaratmışdir.
Qarabağ torpağında ermənilərin kütləvi məskunlaşması xıx əsrin əvvəlindən başlamışdır.1828-ci ildə Rusiya çarının əmri ilə işğal olunmuş İrəvan xanlığı ərazisində erməni vilayəti yaradıldı. 1918-ci ildən başlayaraq Ermənistan Azərbaycana qarşı irimiqyaslı təcavüzə başladı.Naxcıvan şəhəri işğal olundu,Zəngəzur və Qarabağ bölgələrinə kutləvi hücumlar 115 kəndin viran edilməsi və7729 azərbaycanlının qətlə yetirilməsi ilə nəticələndi.1923-cu il 7 iyun tarixində Az.SSRmərkəzi icrayə komitəsinin inzibati mərkəzi Xankəndi olmaqla, D.Qarabağda muxtar vilayətin yaradılması haqqında qərar qəbul etdi. Ermənistanın azərbaycanlı əhalisi həmişə təzyiq altında yaşaması onlarin öz vətənlərindən kütləvi deportasiyası ilə nəticələnib.1989 cu il dekbrın 1-də Ermənistan SSR ali soveti D.Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi haqqinda qərar qəbul etdi. Bununla da beynəlxalq hüququn əsas norma və prinsipləri pozaraq Ermənistan qonşu dövlətin ərazi bütövlüyünə qarşı iddialarını rəsmən elan etdi. Qarabağ müharibəsi başladı.Nəticədə Azerbaycan torpaqlarının 20%-i xain düşmən tərəfindən işğal olundu. İndi bu torpaqlar bizə,bizsə bu torpaqlara həsrət qalmışıq.Gözəl Cıdır düzünə,əzəmətli Şuşa qalasına,səfalı İsa bulağına nisgillə baxırıq.Xarı bülbül yaddaşlarda çiçəkləyir,mahnılarda Şuşanın dağlarını duman alır.
Tarix xalqın kökündədir,xalqın yaşadığı həqiqətdə,əzabda,ağrıdadır.Biz bu həqiqətlərdən,bu olanlardan dərs almalıyıq.Tarix saxta yazılanda,günahsız insanlara güllə atılanda,ulu babalarımızın məzarları olan torpaqlar düşmən tapdağı altında qalanda səbr etməməliyik, mübarizə aparmalıyıq. Nece ki, vətənimizin qəhrəman,şəhid oğulları Azərbaycanın azadlığıni canlarından uca tutub,son nəfəslərinədək mübarizə aparirlar. Biz gənclər də bizim üçün canlarından keçmiş vətən oğullarının layiqlı davamçıları olmalı,nahaq tökülən qanları yerdə qoymamalıyıq!
Beşikdən süzülüb gələn,ətdən qana,süddən sümüyə keçən ən ulu sevgi – vətən sevgisini bu gün də yüzlərcə şəhid qəhrəmanlarımızın adları yaşadır. Eləcədə qəlbimiz ferehle,qürurla dolub daşır.Odlar yurdumuzun Fərid Quliyevləri,Mübariz İbrahimovları vardır.
Nə qədər yer üzünün amansız silahı var o qədər də anaların fəryadı var. Nə qədər dünyada haqsızlıq var,o qədər də haqq uğrunda mübarizə aparan var. Biz gənclər də gəncliyin səsini ucaldaraq haqqi tələb etməliyik.Çünki,nahaq qan yerdə qalmaz!
Çox çətin sınaqlardan keçən vətənimizdə ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mərkəzləşdirilmiş, demokratik hakimiyyət quruldu. 1994 cü il mayın 12-də Azərbaycan resp.sı və onunla elan olunmamış müharibə aparan Ermənistan resp.sı arasında atəşkəs əldə edildi.  Ancaq hələ də Qarabagimiz düşmən tapdagından azad edilməyib, torpaqlarımızın azad edilməsi vəzifəsi biz gənclərin üzərinə düşən ən şərəfli vəzifələrdən biridir.Vətənimizin azadlığı və ərazi bütövlüyü naminə bu vəzifəni həyata keçirmək  bizim ən böyük arzumuz,ən müqəddəs borcumuzdur! Hər birimiz Ali Baş Komandanın əmrini gözləyirik!

Комментариев нет:

Отправить комментарий